Abşeronda qadın intihar edib.

"Unikal" xəbər verir ki, Abşeron rayonu, Fatmayı kəndində yaşayan, 1969-cu il təvəllüdlü İlhamə Əliyeva evin tualetindən özünü asaraq intihar edib.

Bildirilib ki, mərhunun əri bir il bundan əvvəl vəfat edib. Ondan sonra İlhamə Əliyeva psixoloji sarsıntılar keçirib.

Faktla bağlı araşdırma aparılır.