Omanın Xarici İşlər Nazirliyi İranın Maskatdakı səfiri Musa Fereydunu çağıraraq ona İranın Oman ərazisinə pilotsuz təyyarələrinin hücumları ilə bağlı rəsmi etiraz notası təqdim edib.
"Unikal" xəbər verir ki, Nazirliyin məlumatına görə, hücumlar Musandam və Əl-Bətinə əyalətlərindəki obyektləri hədəfə alıb. Oman hadisədən narazılığını bildirib və hərəkətləri məsuliyyətsizlik adlandırıb.
Görüş zamanı Oman nümayəndələri dövlət suverenliyi, mehriban qonşuluq və digər ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərinə riayət etməyin vacibliyini vurğulayıblar.

























































