"Birləşmiş Ştatlar diplomatik həlli "İranın sabitliyi pozan təsiri" ilə mübarizə aparmağın ən etibarlı yolu hesab edir".

"Unikal" xəbər verir ki, bunu cümə axşamı ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səudla birgə mətbuat konfransında deyib.

“Birləşmiş Ştatlar iqtisadi təzyiq, çəkindirmə və güclü müdafiə əməkdaşlığı ilə tamamlanan diplomatiyanın bu təhlükəli hərəkətlərin qarşısını almağın ən yaxşı yolu olduğuna inanmaqda davam edir. Biz Səudiyyə Ərəbistanının münasibətlərin gərginliyini azaltmaq və sabitləşdirmək səylərini dəstəkləyirik”, - deyə o bildirib.

Çərşənbə günü Blinken və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin diplomatik idarələrinin rəhbərləri Nüvə Silahlarının Yayılmaması Müqaviləsini dəstəklədiklərini bildiriblər və Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlığa çağırıblar.