Daha bir cütlük tarixi tikilinin zirvəsinə qalxıb.
"Unikal" xəbər verir ki, Rusiyanın şimal paytaxtı kimi tanınan Sankt-Peterburqda iki alpinist şəhərin görməli yerlərindən biri olan Kunstkamera Muzeyi və Təbiət Tarixi Xəzinəsinin zirvəsinə çıxıb.
1714-cü ildə Çar Böyük Pyotr tərəfindən təsis edilən və özünəməxsus kolleksiyaları ilə məşhur olan bu tarixi muzeyin zirvəsinə təhlükəli qalxmalarının görüntüləri sosial mediada tez bir zamanda viral olub.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Nyu-York şəhərində yerləşən Empire State Building binasının şpilinin zirvəsinə qanunsuz şəkildə qalxan iki nəfər saxlanılıb. İlkin məlumata görə, şəxslər binanın ictimaiyyət üçün açıq olan müşahidə meydançasından xeyli yuxarı qalxaraq tikilinin ən yüksək nöqtəsinə çatıb və burada evlilik təklifi ediblər.









.jpg)
















.jpeg)

.jpg)


.jpg)
























