Bu gün UEFA Çempionlar Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulacaq.

"Unikal" xəbər verir ki, həlledici matçda “Mançester Siti” və “İnter” komandaları qarşılaşacaq.

İstanbuldakı Atatürk Olimpiya stadionunda keçiriləcək matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.

İngiltərə təmsilçisi qələbə qazanarsa, mövsümü trebllə başa vuracaq. “Mançester Siti” bunadək İngiltərə kubokunun və Premyer Liqanın qalibi olub.