Türkiyə Superliqasında 29-cu turun növbəti oyunları keçirilib.

"Unikal" xəbər verir ki, “Trabzonspor” doğma meydanda “Fatih Karagümrük”lə üz-üzə gəlib. Görüş “Bordo-mavililər”in  5:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər oyunlarında “Alanyaspor” “Sivasspor”u 2:1, “Başakşəhər” isə “Antalyaspor”u 1:0 hesabları ilə məğlub edib.