Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsində qeyd olunub. 

"Biz Moskvada “Krokus Siti” konsert kompleksinə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi bütün forma və təzahürlərdə terroru pisləyir", - deyə bildirilib.