Rusiyada yüksək vəzifəli şəxslər saxlanılıb.

"Unikal" xəbər verir ki, paytaxt Moskvada hüquq-mühafizə orqanları vəzifəli şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət alması ilə bağlı cinayət işinin istintaqı çərçivəsində “Rosatom” dövlət korporasiyasının əsaslı investisiyalar, dövlət tikinti nəzarəti və dövlət ekspertizası üzrə direktoru Gennadi Saxarovu və "Orgenerqostroy”un baş direktorunun birinci müavini Elqudji Kokosadze saxlanılıb.

Saxlanılan şəxslərə qarşı  Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə (vəzifəli şəxs tərəfindən rüşvət alma) ittihamı irəli sürülüb.