Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkərdə olan iki "VAZ" markalı minik maşınları toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.