Bakı şəhərinin Binəqədi rayonunda sex yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 2900 kvadratmetr (hər mərtəbəsi 1450 kvadratmetr) olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 450 kvadratmetr olan taxta sexinin içərisində yığılan taxta materialı 7 kvadratmetr  sahədə yanıb.

“Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə FHN-dən bildirilib.