Notr-Dam de Parisin qapıları bu ilin sonunda açılacaq. 

"Unikal" xəbər verir ki, bunu Paris meri Ann İdalqo bildirib. 

Onun sözlərinə görə, kilsədəki bərpa işləri beşinci ildönümündə sürətlə davam edir. 

Xatırladaq ki, Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də axşam saatlarında yanğın baş verib. Yanğın nəticəsində məbədin qülləsi uçub, dam örtüyünün 1/3 hissəsi dağılıb.

Fransa prezidenti Emmanuel Makron kilsənin 5 ildən sonra bərpa olunacağını açıqlayıb.

Məbəddə möhkəmləndirmə və təhlükəsizlik işləri 2021-ci ilin payızında başa çatdırılıb, bərpa işlərinə isə 2022-ci ilin qışında başlanılıb.

Ağarza Elçinoğlu