Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə “xarici agentlər” haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, onlar ictimai asayişi pozub, müqavimət göstərib və polis əməkdaşlarını təhqir ediblər.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb və ona tibbi yardım göstərilib.

Məlumata görə, saxlanılanlar arasında müxalifətin “Girçi – daha çox azadlıq” partiyasının lideri Zurab Caparidze də var.