Moskvanın cənub-şərqində Krasnodarskaya küçəsində qətl törətməkdə şübhəli bilinən 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov hüquq-mühafizə orqanları tərəfindən federal axtarışa verilib.

"Unikal"ın məlumatına görə, 24 yaşlı moskvalını qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşının şəkli üz tanıma sisteminə yüklənib.

Həm onun, həm də saxlanılanların – atasının və dostunun Rusiya Federasiyasında olmasının qanuniliyi də yoxlanılır.

Şahin Abbasovu 20 ilədək həbs gözləyir.