"Əvvəlki illər ərzində Avropa Parlamentinin qətnamələri Gürcüstan cəmiyyəti üçün ümumilikdə öz dəyərini itirib". 

"Unikal" xəbər verir ki, bunu Gürcüstan baş naziri İrakli Kobaxidze deyib. 

Onun sözlərinə görə, Avropa parlamentariləri arasında yalanlar geniş yayılıb: "Belə bir şəraitdə təbii ki, Avropa Parlamentinin qətnamələrinin artıq ictimaiyyət qarşısında heç bir dəyəri yoxdur. Təəssüf ki, son nəticədə öz qərarlarını qəbul etməyə müvəffəq olan iyrənc deputatlar arasında yalanlar geniş yayılıb. Bu, son dərəcə qeyri-Avropa fenomenidir. Mənim üçün həqiqətin, faktların, arqumentlərin qiyməti var. Ona görə də bizim üçün dəyərli olan yeganə şey həqiqətdir, bunlar faktlardır, arqumentlərdir". 

Ağarza Elçinoğlu