Paris yaxınlığında yerləşən "Chateau d'Armainvilliers" adlı villa yeni alıcısını gözləyir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Avropa, Yaxın Şərq və Monqolustandan alıcılarının olduğu deyilən qala "Dünyanın ən bahalı evi" olaraq satışa çıxarılıb. 

Qiyməti 425 milyon avro ( 773 milyon manat) olan ev 2500 hektar ərazidə yerləşir və 100 otaqdan ibarətdir. Müxtəlif tematik yataq otaqlarının sayı isə 17-dir. 

Həmçinin, evə dəbdəbəli anbar və işçilər üçün ayrı mənzillər daxildir.

Zərifə Nağıyeva