Füzuli rayonunun Alxanlı kəndində ümumi sahəsi 42 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 24 m² sahədə yanıb.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.