Xəbər verdiyimiz kimi, bu gün İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib.
"Unikal"ın məlumatına görə, Qalibaf Bakıya səfərində siyasi mesaj verib.
Belə ki, onun səfər etdiyi təyyarənin üzərində "Minab168" sözü yazılıb. Bu, ABŞ hücumunda həlak olan uşaqların xatirəsini yad etmək üçün nümayiş etdirilir.
Qeyd edək ki, İranın Minab şəhərindəki qızlar məktəbinə hücum ABŞ-İsrail birgə əməliyyatının ilk günündə baş verib və 168 nəfər həlak olub.
Ağarza Elçinoğlu

















































