"Warner Bros. Pictures Animation" studiyası uşaqlıq illərinin məşhur cizgi serialı "Superqızlar" (The Powerpuff Girls) əsasında tammetrajlı animasiya filmi hazırlayır.
"Unikal" xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Layihə Annecy International Animation Film Festival zamanı təqdim olunub. Studiya nümayəndələri filmin çəkiləcəyini təsdiqləsələr də, rəsmi müqavilənin hələ imzalanmadığını və digər detalların açıqlanmadığını bildiriblər.
Qeyd edək ki, "Superqızlar" The Powerpuff Girls 1998–2004-cü illərdə yayımlanıb. Serial Professor Utonium tərəfindən yaradılan Blossom, Bubbles və Buttercup adlı üç bacının supergücləri sayəsində şəhəri cinayətkarlardan qorumasından bəhs edir.










.jpg)














































