Türkiyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinə "Cəsarət Siyasəti: Ərdoğan və Türkiyənin Yüksəlişi" kitabını hədiyyə eedib. 

"Unikal" xəbər verir ki, kitab Prezident Rəcəb Tayyib Ərdoğanın liderlik səyahətini və Türkiyənin son 25 ildə yaşadığı siyasi, sosial və institusional transformasiyanı araşdırır və "cəsarət siyasəti" anlayışına diqqət yetirir.

Kitab liderlərə Prezident Ərdoğanın yazdığı xüsusi məktubla birlikdə təqdim edilib.