İranın Ali Lideri Müctəba Xamenei  atası Əli Xameneinin, eləcə də ABŞ və İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatının qurbanı olan digər iranlıların ölümünün qisasını alacağına söz verib.

"Unikal" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. 

Xamenei atasının dəfn mərasimi münasibətilə verdiyi açıqlamada bildirib:

"Cinayətkar və rüsvay olmuş qatilləri cəzalandıracağıq və bu iki müharibənin bütün şəhidlərinin qanının qisasını almağa and içirik. Bu qisas xalqımızın iradəsidir və həyata keçirilməlidir".

Ayətullah qisası İran xalqının tələbi adlandırıb və bunun yerinə yetirilməli olduğunu vurğulayıb. 

Əli Xamenei fevralın 28-də ABŞ-İsrail xüsusi əməliyyatı nəticəsində vəfat edib. "Fars" xəbər agentliyinin məlumatına görə, Ali Rəhbər iş zamanı iqamətgahında vəfat edib. Onun yerinə oğlu Müctəba Xamenei keçib.