"Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışlarına nəzər saldıqda görmüş olarıq ki, jurnalistlərin ayrı-ayrı ölkələrlə bağlı suallarına, beynəlxalq münasibətlərdəki vəziyyət, müxtəlif ziddiyyətlər, eləcə də Azərbaycanla münasibətlərə dair cavabları prinsipaldır".
Bunu "Unikal"a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Politoloq dövlət başçısının 907-ci düzəlişlə bağlı çıxışından bəhs edərkən deyib ki, bu proses dondurulub: "Amma 907-ci düzəliş bugünkü ABŞ-Azərbaycan satıcı münasibətlərinə cavab vermir. Yaxşı olardı ki, bu düzəliş həmişəlik ləğv olunsun.
İstər Ukraynanın ərazi bütövlüyünə dair, istər Rusiya ilə münasibətlərlə bağlı, eyni zamanda Avropa İttifaqı və Avropa Şurası ilə əlaqədar qeyd edilənlərdən belə ümumi nəticə çıxarmaq olar ki, Azərbaycan həmişə qarşılıqlı hörmətə əsaslanan ədalətli münasibətlərin tərəfdarıdır.
Misal üçün, əgər Avropa Şurası AŞPA vasitəsilə Azərbaycana təzyiqləri davam etdirəcəkcə, Azərbaycan təmsilçilərinin iştirakını yenidən təmin etməyəcəksə, ümumiyyətlə Azərbaycanın bu qurumun üzvü olması ilə bağlı suallar ortaya çıxır. Prezidentin bu çıxışı avropalılara qulaqburmasıdır.
Bu cavablarda Prezident İlham Əliyev bir daha səmimi, eyni zamanda açıq münasibətini ortaya qoymuş oldu".

Z.Məmmədov Prezidentin Forumda regionda baş verən münaqişədən və qonşu ölkələrə səslənməsinə münasibət bildirib: "Təbii ki, Azərbaycanın beynəlxalq hüququ özü tərəfindən bərpa etməsi kimi ideal bir təcrübəsi var. Məhz 44 günlük müharibədən sonra bir çox ölkə öz ərazi bütövlüyü ilə bağlı tarixə və beynəlxalq hüquqa əsaslanan addımlar atmağa başladılar, bir çox xalqlar və ölkələr ruhlandı. Bu kontekstdə bizim kimi qalib bir ölkənin dünyanın ayrı-ayrı bölgələrindəki ziddiyyətlər və müharibələrin davam etdiyi bir dövrdə həmin ölkələrlə öz təcrübəsini bölüşməsi vacib amillərdən biridir.
Hazırda Cənubi Qafqaz ətrafında bir sıra münaqişələr, ziddiyyətlər və müharibələrə şahidlik etməkdəyik. Yaxşı olardı ki, istər cənubda, istərsə də şimaldakı münaqişələrə son qoyulsun və masa ətrafında əyləşərək həmin dövlətlər tərəfindən ziddiyyətlər aradan qaldırılsın. Azərbaycan bir daha bəyan etdi ki, bizim əsas yanaşmamız ərazi bütövlüyü, işğal faktorunun aradan qaldırılması və beynəlxalq ədalətin və beynəlxalq hüququn təcrübəsindən ibarətdir".
Ağarza Elçinoğlu







_1783434527.jpeg)

.jpg)






.jpg)





































