UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə "Sabah" arasında cavab oyununda ilk hissə başa çatıb.
"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi "Park Hall” stadionunda keçirilən qarşılaşmanın fasiləsinə 2:0 hesablı üstünlüklə yollanıb.
Qolları 28-ci dəqiqədə Coy Lens Mikels və 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurub.
Görüşü Polşadan olan FIFA referisi Mateo Buskets Ferrer idarə edir.
Qeyd edək ki, ilk görüşdə "Sabah" rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
XXX
22:15
"Sabah" Uelsdə TNS komandasına qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci qolu vurub.
"Unikal" xəbər verir ki, Rəhman Daşdəmirov meydan sahiblərini növbəti dəfə məyus edib - 2:0.
Cinah müdafiəçisi 42-ci dəqiqədə adını tabloya yazdırıb.
XXX
22:01
"Sabah" Uelsdə TNS komandasına qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesabı açıb.
"Unikal" xəbər verir ki, matçda ilk qolu Coy-Lens Mikels vurub.
Hücumçu 28-ci dəqiqədə meydan sahiblərini məyus edib.
XXX
21:30
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin TNS (Uels) - "Sabah" oyunu start götürüb.
"Unikal" xəbər verir ki, qarşılaşma "Park Holl" stadionunda keçirilir.
Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrerdir.
Bu cütün qalibi növbəti mərhələdə "Vardar" (Şimali Makedoniya) – "Kups" (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Xatırladaq ki, tərəflər arasında Bakıda keçirilən ilk görüşdə "Sabah" 2:0 hesablı qələbə qazanıb.











.jpg)



.jpg)
.jpg)


















_1779806048.jpeg)



.jpg)













