Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Rusiyaya işgüzar səfər edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb. 

O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib: "İki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, eləcə də bir sıra regional və beynəlxalq məsələləri müzakirə edəcəklər".

Ağarza Elçinoğlu