Livan prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampla danışıqlar aparmaq üçün Vaşinqtona gedib.

"Unikal" xəbər verir ki, bu barədə prezident administrasiyası bəyanat yayıb.

Bəyanatda deyilir: "Ağ Evdə atəşkəsin gücləndirilməsi və Livanda sabitliyin bərpası yollarını müzakirə etmək üçün Livan-Amerika sammiti keçiriləcək. Tərəflər İsrail qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və ölkə daxilində dövlət hakimiyyətinin genişləndirilməsi məsələlərini müzakirə edəcəklər".

Aun və Tramp arasında görüş 14-15 iyul tarixlərində Romada keçirilən Livan-İsrail danışıqlarının altıncı raundundan sonra keçiriləcək.

Ağarza Elçinoğlu