Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatının ən yaxşı bombardiri seçilib.
"Unikal" xəbər verir ki, o, səkkiz matçda 10 qol vurub və dörd məhsuldar ötürmə ilə 2026-cı il Dünya Kubokunun "Qızıl Buts" mükafatını qazanıb. O, qol + məhsuldar ötürmə baxımından turnirin ən çox qol vuran oyunçusu olub və eyni zamanda 22 qolla Dünya Kuboku tarixində ən çox məhsuldar oyunçudur.
"Gümüş Buts" mükafatı səkkiz oyunda səkkiz qol vuran və dörd məhsuldar ötürmə edən Argentina millisinin kapitanı Lionel Messiyə verilib. İngiltərə millisinin oyunçusu Cud Bellinqem və Norveç millisinin oyunçusu Erlinq Haland hər biri yeddi qol vurublar.
Qeyd edək ki, İspaniya finalda Argentinanı 1-0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə Dünya Kubokunu qazanıb. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransanı 6-4 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.
Fransa millisinin hücumçusu Maykl Oliseh 2026-cı il Dünya Kubokunda 7 məhsuldar ötürmə ilə ən yaxşı məhsuldar ötürməçi seçilib.
Ağarza Elçinoğlu







.jpg)


.jpg)













































