Emin Mahmudov “Neftçi”nin heyətində avrokuboklarda 10-cu qolunu vurub.
Peşəkar Futbol Liqasından "Unikal"a bildirilib ki, yarımmüdafiəçinin yubiley topu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) ilə ilk görüşünə (2:4) təsadüf edib.
Mahmudov “ağ-qaralar”ın heyətində çıxdığı 26-cı avrokubok görüşündə 10-cu qolunu vurub. O, Azərbaycan klublarının heyətində 10 və daha çox qol vuran 6-cı futbolçu olub.
Qeyd edək ki, Emin Mahmudov “Neftçi”nin qitə klub turnirlərində ən məhsuldar oyunçusudur.





































.jpg)


.jpg)
.jpg)









