Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Bu barədə "Unikal"a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, iyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Müvafiq ümumi təhsil müəssisələrinin siyahısı:

Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi

Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey

Bakı şəhəri "Zəngi" liseyi

Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi