Zorakılıq və insan alveri qurbanlarının ümid qapısı-"Təmiz Dünya "
Mehriban Zeynalova: "QHT-nin qrant yeyən təşkilat kimi tanınmasında bəzən özlərinin də rolu az olmayıb"
Ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin sayı günü-gündən artsa da, onların heç də hamısı vətəndaş cəmiyyətinin inkişafına və hüquqi dövlət quruculuğuna öz lazımi töhvəsini verə bilmir. Azərbaycanda hələ də keçirdiyi layihələri kağız üzərində olan, fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi ilə vətəndaş cəmiyyətinin inkişafına zərrə qədər təsir imkanı olmayan QHT-lər var." Unikal" qəzeti bu rubrikada 3-cü sektor adı altında fəaliyyət göstərən QHT-ləri sorğu-sual edəcək.Bu dəfəki, qonağımız adı mətbuatın səhifələrində tez-tez hallanan, insan alveri və zorakılıq qurbanı olan qadınların hüquqlarının müdafiəsi istiqamətində öz dəsti-xətti ilə seçilən "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovadır.
-Mehriban xanım öncə oxucularımıza sizin rəhbərlik etdiyiniz QHT ilə bağlı məlumat verərdiniz...
- "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi 1997- ci ildən fəaliyyət göstərir.Təşkilat 2006- cı ildən Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. 2014- cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rəsmi akkreditasiya attestatı alıb.
-Sizcə sizin rəhbərlik etdiyiniz QHT vətəndaş cəmiyyətinin inkişafına öz töhvəsini verə bilirmi?
- Vətəndaş cəmiyyətinin inkişafına təşkilatın töhfəsi qadın hüquqlarının müdafiəsi istiqamətindədir. Bu istiqamətdə də "Təmiz Dünya" İctimai Birliyi kifayət qədər işlər görür. 1997- ci ildən fəaliyyətə başlasaq da 2002 ci ildən tam müstəqil fəaliyyət həyata keçiririk. Və o vaxtdan bu günə kimi istiqamətimiz qadın hüquqlarının müdafiəsi sahəsi olub. Bizim təşkilatı digər qadın təşkilatlarından fərqləndirən cəhət həm xidmət paketinin formalaşması yəni sığınacağın təqdim edilməsi, pulsuz hüquqi və psixoloji yardımlar, tibb müəsissələrinə istiqamətləndirmə peşə reabilitasiyası yönümündə istiqamətləndirmə və s . eləcə də arşdırmaların aparılması və əhalinin məlumatlandırılması kimi istiqamətlərimiz mövcuddur. Biz qadınların probemlərinin aşkarlanması və onların həlli yolunda dövlət qurumları ilə sıx əməkdaşlıq edirik. Eləcə də bir sıra qadın problemlərinin aktuallaşması və ictimailəşməsinə nail oluruq. Düşünürəm ki, az da olsa cəmiyyətə öz töhfəmizi verə bilirik. Bizim təşkilat insan alveri qurbanları, məişət zorakılığı qrubanları və HİV,AİDS sahəsində ixtisaslaşıb. Hətta uzun illər müxtəlif dövrlərdə belə maliyyə çətinliyimiz olsa da lakin qrant xətrinə başqa istiqamətə keçid etməmişik fəaliyyətimizdə sabit istiqamətimizlə seçilmişik.
- Sizin sahənizlə bağlı ölkədə fəaliyyət göstərən nə qədər QHT var?
-Bizim təşkilatın təkrarı demək olar ki, yoxdur, baxmayaraq ki, ölkədə 50-70 qadın təşkilatı mövcuddur. Təbii ki, hərəsinin öz istiqaməti və öz çəkisi var , lakin bizim təşkilat digərlərindən spesifikasına görə fərqlənir.
"Təmiz Dünya " İctimai Birliyi Vətəndaşlara, insan alverindən zərər çəkmiş insanlara nə dərəcədə kömək edə bilir?
-2015 -ci ilin 7 ayı ərizində "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə 1741 müraciət daxil olub. Müraciət edənlərdən 4 nəfəri insan alveri qurbanları, 1517 nəfəri potensial qurbanlar, 148 nəfəri məişət zorakılığı qurbanıdır. Birliyin sığınacağına 72 nəfər yerləşdirilib ki, onlardan da 12 nəfəri uşaqlar olub. Bundan başqa birliyə hüquqi yardım üçün müraciətlərin sayı 445 nəfər olub. "Qaynar xətt" vasitəsilə məsləhət üçün müraciət edənlərin sayı 735 nəfər təşkil edib. 289 nəfərə psixoloji yardım göstərilib. Tibbi yardım üçün təşkilata müraciət edənlərin sayı yüksək olub -824 nəfər. Onlardan 4 nəfəri əməliyyat, 6 nəfəri 7 saylı qadın məsləhətxanası, 9 nəfəri dəri-zöhrəvi dispanser, 4 nəfəri doğuş, 11 nəfər ümumi müayinə, 702 nəfəri QİÇS Mübarizə Mərkəzinə qan analizlərinə, 100 nəfəri genikoloqa istiqamətləndirilib. Təşkilat müraciətlərlə bağlı Mirqasımov adına Respublika Klinik Xətəxanası, 7 saylı qadın məsləhətxanası, Vərəm Dispanseri, 5 saylı xəstəxana, Musa Nagıyev adına xəstəxana ilə əməkdaşlıq edir. Hesabat dövrü ərzində 6 nəfər işlə təmin edilib, 3 nəfər peşə bacarıqları üzrə kurslara istiqamətləndirilib. Bu müddət ərzində "Təmzi dünya" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "İnsan alveri ilə mübarizədə potensialın artırılması" layihəsi üzrə Sabirabad, Saatlı, Hacıqabul, İsmayıllıda tədbirlər həyata keçirib. Tədbirlərdə iştirakçıların sayı 1500 nəfərə yaxın olub. Layihənin büdcəsi 13 min manat təşkil edib. Layihə çərçivəsində son tədbir Şəkidə keçiriləcək. Hazırda təşkilatın yeganə maliyyə mənbəyi sözügedən layihədir. 7 aydır ki, təşkilat tam könüllü prinsip əsasında fəaliyyət göstərir.
- İnsan alveri qurbanları ilə işləmək çətin deyil ki?
-İnsan alveri qurbanları ilə qeyri peşəkar olarsansa işləmək əlbətdə çətindir. Biz bu bilikləri uzun müddətə qazandıq. Qeyd edim ki, bunu yalnız praktika ilə deyil həm də beynəlxalq təcrübəni öyrənməklə qazandıq. Hər zaman axtarışdayıq. Öyrənirik öyrədirik. İnsan alveri qurbanları ilə işləmək üçün ilk növbədə problemin dərinliyini öyrənmək lazımdır. Ümumiyyətlə bu təkcə insan alveri ilə bağlı olan məsələ deyil bütün sahələr bu yanaşmanı tələb edir.
- Ötən il sizin təşkilat insan alveri ilə mübarizə istiqamətində hansı işləri görüb?
-"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi 2014- cü il ərizində insan alveri ilə mübarizə sahəsində aşağıdakı fəaliyyətləri icra etmişdir:
Hədəf qrupları:
İnsan alveri qurbanları;
Potensial qurbanlar;
Məişət zorakılığı qurbanları.
Qurbanların reabilitasiyası və reinteqrasiyasi;
Kütləvi tədbirlər;
Maarifləndirmə;
Tədqiqat.
Qurbanların reabilitasiya və reinteqrasiyasına aşağıdakı kompanentlər daxildir:
Hüquqi yardım;
Psixoloji yardım;
Tibbi yardım;
Peşə reabilitasiyası və iş yerləri ilə təmin edilmə
2014 -cü il ərzində müraciətlərin sayı 450 nəfəri əhatə etmişdir. Onlardan:
İnsan alveri qrubanları-20 nəfər;
Potensial qurbanları- 180 nəfər;
Məişət zorakılığı qurbanı -250 nəfər.
Reabilitasiya və reinteqrasiya proqramının icrası zamanı aşağıdakı tərəfdaşlarla bu fəaliyyət icra olunmuşdur.
Daxili işlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə Baş idarəsi;
7 saylı Qadın məsləhətxanası;
1 Saylı Dəri-Zöhrəvi dispanseri;
QİÇS mərkəzi;
Respublika Klinik Xəstəxanası;
Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi;
Ailə Uşaq və qadın Problemləri üzrə Dövlət Komitəsi.
İnsan Alveri Qurbanları – 20 nəfər.
Psixoloji yardım – 20 nəfər
Respublika Klinik Xəstəxanasına göndəriş- 7 nəfər
7 Saylı qadın Məsləhətxanasına göndəriş- 8 nəfər
1 Saylı Dəri-Zöhrəvi Dispanserinə göndəriş- 3 nəfər
QİÇS Mərkəzə - 2 nəfər
Hüquqi məsləhətin verilməsi – 20 nəfər
Sığınacaqla təmin olunub – 20 nəfər
Qida və geyim təmin – 20 nəfər
Ağ ciyər institutuna – 3 nəfər
İddia ərizəsinin yazılması – 7 nəfər
Potensial qurbanlar- 1279 nəfər
Psixoloji yardım – 204 nəfər
7 Saylı Qadın Məsləhətxanasına göndəriş – 182 nəfər
Respublika Klinik Xəstəxanasına göndəriş– 20 nəfər
1 Saylı Dəri-Zöhrəvi Dispanserinə göndəriş- 21 nəfər
QİÇS Mərkəz- 686 nəfər
Hüquqi məsləhətin verilməsi – 236 nəfər
Sığınacaqla təmin – 65 nəfər
Qida ilə təmin – 35 nəfər
Geyimlə təmin - 97 nəfər
İddia ərizəsinin yazılması – 23 nəfər
İnformasiya sorğusu - 51
Ailədaxili Zorakılıq- 253 nəfər
Psixoloji yardım – 67 nəfər
7 Saylı qadın Məsləhətxanasına göndəriş – 29 nəfər
Respublika Klinik Xəstəxanasına göndəriş – 10 nəfər
1 Saylı Dəri-Zöhrəvi Dispanserinə göndəriş - 26 nəfər
Sığınacaqla təmin- 32 nəfər
Hüquqi məsləhət- 196 nəfər
Geyimlə təmin- 75 nəfər
Qida ilə - 53 nəfər
İddia ərizəsinin yazılması- 74 nəfər
Aliment – 53 nəfər
Boşanma- 68 nəfər
Evin bölgüsü ilə bağlı – 34 nəfər
İnformasiya sorğusu- 41
- QHT-lər indiyədək əsasən qrant yeyən təşkilatlar imici qazanmışdılar. Bu da onların aldıqları qrantla bağlı şəffaf hesabat verməməsi, ortaya iş qoymaması ilə bağlı idi. Sizin QHT layihələri həyata keçirmək üçün hansı mənbələrdən qrant alır?
- QHT-nin qrant yeyən təşkilat kimi tanınmasında bəzən özlərinin də rolu az olmayıb. Gördükləri işin təqdimatını edə bilməmək bəzən belə rəy yarada bilir. Bunun üçün biz dövlət qurumlarından tələb etdiyimiz addımları özümüz ilk növbədə nümunə olaraq göstərməliyik. Məsələn bizim təşkilat ənənəvi olaraq 2004 -cü ildən hər ilin sonunda gördüyü işlərin hesabatını ictimaiyyətə təqdim edir. Sizə verdiyim hesabatlarda həm donorun adı və eləcə də maliyyənin miqadarı beləcə ictimaiyyətə təqdim edilir. Bu kifayət edir ki istənilən vətəndaş təşkilatın həm gördüyü işi həm də maliyyə mənbəyi ilə tanış olsun. Axı biz Vətəndaş cəmiyyətinin təmsilçiləriyik. Odur ki, bir başa borcumuzdur ki, bu barədə məlumatı acıq şəkildə vətəndaşlara çatdıraq.
-Bu qrantlar hesabına neçə layihə maliyyələşdirilib?
- Ötən illə bağlı hesabatı təqdim etdim. Bu ilin 7 ay ərzində isə həm gördüyümüz işi həm də maliyyə mənbəyini də yuxarıda Sizə təqdim etmişəm . Bilirsiz heç də həmişə görülən işin həcmi alınan məbləğlə tam uygun olmur. Hesablasanız görərsiz ki, xidmətlərin sayı və həcmi alınan puldan coxdur. Bax bu QHT-lərin əsas simasıdır. Nəyisə yalnız pul müqabilində görməmək. Pul bizə yaxşı mütəxəssisə ödəniş üçün lazımdır. Pul bizə kommunal və digər xərclər üçün lazımdır. Hərəkət etmək üçün lazımdır. Pul ürəyimizdəki mərhəmət və məhəbbəti ödəyəcək heç bir miqdara sığışa bilməz. Təşkilat olaraq ölkənin gələcəyi və onun müstəqilliyi üçün əlimizdən gələni edirik və edəcəyik.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16