Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinə müraciət edib.
"Unikal"ın məlumatına görə, o vurğulayıb ki, yalnız sanksiyalar Rusiyanın başladığı müharibəni dayandıra bilər.
“Mən bütün tərəfdaşlarımıza müraciət edirəm: artıq yeni sanksiyaların tətbiqinə mane olacaq bəhanələr axtarmaqdan imtina edin. Əgər kimsə bu müharibənin bitməsini istəyirsə, Rusiya hərbi maşınının qarşısını almaq üçün vacib addımlar atmalıdır.
Biz ABŞ-dən daha qəti addımlar, güclü sanksiya və tarif siyasəti gözləyirik. Elə bir siyasət ki, bütün dünya üçün ciddi arqument olsun", - Zelenski qeyd edib.