Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Əməkdar Mədəniyyət işçisi Əşrəf Veysəlli dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, Əşrəf Veysəlli bu gün "Sumqayıt Hospital"da dünyasını dəyişib.

Qeyd edək ki, Əşrəf Veysəlli 1938-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndində anadan olub. O, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sumqayıt Dostlar Klubunun İdarə Heyətinin üzvü olub.