İspaniyanın “Barselona” futbol komandasının vingeri Lamin Yamal 2025/2026 mövsümündə La Liqanın ən yaxşı futbolçusu seçilib.
"Unikal" xəbər verir ki, 18 yaşlı futbolçu mükafat uğrunda mübarizədə Kilian Mbappe, Pablo Fornals, Nikolas Pepe və Vedat Muriçini qabaqlayıb.
Lamin Yamal mövsüm ərzində İspaniya çempionatında 28 oyuna çıxıb. La Liqanın rəsmi statistikasına əsasən, o, bu görüşlərdə 16 qol vurub və 11 məhsuldar ötürmə edib.
Hücumçu 26 oyuna start heyətdə başlayıb. Aktivində 28 qayda pozuntusu və bir sarı kart var.





.jpeg)












.jpg)





























