İyunun 5-də 8 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatlarına uyğun olan 16 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Unikal"a bildirilib ki, müsahibəyə çıxarılan vəzifələrdən 4-ü ikinci, 11-i üçüncü, 1-i isə dördüncü təsnifata aiddir. Ən yüksək vəzifə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru vəzifəsidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçiriləcək. Bu üsul vətəndaşların rahatlığının təmin olunmasına, vaxt və maliyyə xərclərinin qarşısının alınmasına, həmçinin Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin daha əlçatan olmasına imkan yaradır.
Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir. Namizədlər iyunun 5-dən 19-na kimi saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı dolduraraq qeydiyyatdan keçməlidirlər.



















.png)


.jpg)























