“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə keçirilən ilk məhkəmə hazırlıq iclası təxirə salınıb.
"Unikal"ın məlumatına görə, buna səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin prosesdə iştirak etməməsi olub.
Vəkil olmasa da təqsirləndirilən şagirdin valideynləri məhkəmədə olub. Qanuni nümayəndə qismində şagirdin anası Zemfira Şirinova tanınıb. Sədrlik edən hakim həm yeniyetməyə həm qanuni nümayəndəyə bütün hüquq və vəzifələrini izzah edib.
Vəkil iştirak etmədiyindən iclası 17 iyuna kimi tarixə salınıb.
Qeyd edək ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.
Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.
Orxan Rasifoğlu


























.jpg)












_1770041982.jpeg)









