Mövsümün sonunda Azərbaycan Premyer Liqasını tərk edən “Karvan-Yevlax” daha bir futbolçu ilə yollarını ayırıb.
Klubdan "Unikal"a verilən məlumata görə, Qavi Tompsonun müqaviləsinin müddəti başa çatıb.
26 yaşlı nigeriyalı yarımmüdafiəçi başa çatan mövsümdə Yevlax təmsilçisinin heyətində 33 oyuna çıxıb və rəqib qapılarından 2 top keçirib.
Qeyd edək ki, “Karvan-Yevlax” ötən gün Kayl Spens və Pedro Mateuşlə vidalaşıb.





















.jpg)













_1770041982.jpeg)













