Ermənistanda general-leytenant Tiran Xaçatryana qarşı ittiham irəli sürülüb.

"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Varazdat Harutyunyan erməni KİV-ə bildirib.

"General-leytenant Tiran Xaçatryana qarşı 2023-cü ilin sentyabr ayında küçəni bağlayan vətəndaşlara doğru yüksək sürətlə hərəkət edən avtomobili vuraraq xuliqanlıq etməkdə ittiham irəli sürülüb", - deyə o qeyd edib.

İbtidai istintaqın tamamlanması və işin ittiham aktı ilə məhkəməyə göndərilməsi barədə qərar qəbul olunub. 

Ağarza Elçinoğlu