Ukrayna ötən gecə Rusiyanın yanacaq-enerji kompleksinə zərbələri davam etdirib.
"Unikal" xəbər verir ki, bu dəfə hədəf Krasnodar diyarındakı Slavyansk şəhərindəki neft emalı zavodu olub. Zavodda bir neçə güclü partlayış baş verib, yanğın başlayıb.
Rusiyanın Krasnodar diyarının xüsusi təyinatlı qrupu zavoda hücumu təsdiqləyib: "Slavyansk-na-Kuban şəhərində neft emalı zavodunda dronların düşməsi nəticəsində yanğın baş verib. Dağıntılar həmçinin elektrik xəttinə zərər vurub və fərdi evdəki pəncərələri sındırıb. İlkin məlumata görə, xəsarət alan yoxdur".
Daha sonra Krasnodarın qubernatoru Venyamin Konratyev hücum nəticəsində 1 nəfərin öldüyünü açıqlaylb.
Zavodda yanğının söndürülməsi üçün əlavə qüvvələr cəlb olunub.










.webp)






.jpg)







































