Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.