"Müharibə başa çatdıqdan sonra İranın nüvə silahı hazırlamadığını təmin etmək üçün ölkədə çox ciddi və hərtərəfli yoxlama sistemi tətbiq olunmalıdır".
"Unikal" xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib.
Qrossi ötən həftə ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunu şərh edərkən Yaponiyada jurnalistlərə deyib: “Hesab edirəm ki, bu razılaşmanın məqsədi İranın nüvə silahı hazırlamamasını təmin etməkdir. İran hökuməti açıq şəkildə belə niyyətinin olmadığını bəyan edib. Lakin niyyət kifayət deyil. Mümkün olan kimi çox ciddi və hərtərəfli yoxlama mexanizmi tətbiq edilməlidir”.
























.jpg)



















.jpg)

.jpg)










