Futbol üzrə dünya çempionatının G qrupunun III turunda Misir və İran üz-üzə gəlib.
"Unikal" xəbər verir ki, Sietldə keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticə Misir üçün tarixi əhəmiyyət daşıyıb. Afrika təmsilçisi xallarını 5-ə yüksəldərək dünya çempionatları tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb. Misirin növbəti mərhələdəki rəqibi Avstraliya millisi olacaq.
G qrupunun digər oyununda isə Belçika Yeni Zelandiya üzərində inamlı qələbə qazanıb. “BC Place” stadionunda keçirilən qarşılaşma avropalıların 5:1 hesablı üstünlüyü ilə başa çatıb.
































.jpg)

.jpg)






















