Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turniri start götürüb.

"Unikal" xəbər verir ki, yarımorta çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçisi Tahir Abdullayev ilkin görüşdə braziliyalı Cefferson Nasimento ilə üz-üzə gəlib.

Görüş debüt edən idmançımızın qələbəsi ilə yekunlaşıb.