Ukrayna hərbi dəniz pilotsuz təyyarəsi Rumıniyanın Konstansa limanında partladı.

"Unikal" xəbər verir ki, Rumıniya Milli Müdafiə Nazirliyinin məlumatına görə, partlayış yerli vaxtla səhər saat 10:30 radələrində Konstansa limanının 78 nömrəli körpüsündə baş verib. Hadisə nəticəsində itki olmayıb.

Nazirlik bildirib ki, sözügedən pilotsuz təyyarə "Ukraynadakı müharibədə istifadə edilən tipdədir". Lakin Rumıniya hərbçiləri cihazın Qara dənizdə keçirilən son təlimlərlə əlaqəli olmadığını xüsusi olaraq vurğulayıblar.