2026/2027-ci tədris ili üzrə təkrar ali təhsil almaq üçün Bakı Mühəndislik Universitetinə (BMU) sənəd qəbulu ümumilikdə 41 ixtisas üzrə aparılır.
"Unikal" xəbər verir ki, qəbul əyani və qiyabi formada olmaqla yanaşı, Azərbaycan və ingilis dillərində həyata keçirilir https://beu.edu.az/az/admission/repeated-higher-education
Təkrar ali təhsilə qəbul Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az elektron portalı vasitəsilə aparılır. Portala yüklənməsi tələb olunan sənədlər- ali təhsil haqqında sənəd (diplom və ona əlavə), xarici ölkə məzunları üçün (ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd)
Portal vasitəsilə müraciətin cari statusunu izləmək, prosesin mərhələlərinə dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.
Təhsil müddəti əvvəlki və yeni təhsil proqramları arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir.
Sənəd qəbulu 31 avqust 2026-cı il saat 23.59-da başa çatacaq.


































_1770041982.jpeg)














