İyunun 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) inzibati binasında yerli fermerlərlə müşavirə keçirilib.

"Unikal" xəbər verir ki, mayın 25-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş respublika müşavirəsində qaldırılan məsələlərdən irəli vəzifələrin, qarşıya qoyulan strateji hədəflərin icrasına həsr olunan müşavirədə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) rəhbəri Tofiq Rzayev, rayonda kənd təsərrüfatı sahəsi ilə məşğul olan qabaqcıl sahibkarlar iştirak ediblər.

İcra başçısı bildirib ki, dövlət başçısının proqram xarekteli çıxışı bütün dövlət qurumları qarşısında, o cümlədən yerli icra hakimiyyətləri qarşısında aqrar sahənin inkişafı ilə bağlı mühüm vəzifələr qoyub. 

Taleh Qaraşov “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın və eləcə də “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi, sözügedən Dövlət  Proqramlarında qarşıya qoyulan hədəflərə nail olunması üçün mütərəqqi texnologiyaların tətbiqinin, iri çəltik, çay və sitrus təsərrüfatlarının yaradılmasının, isifadəsiz qalan əkinə yararlı torpaq sahələrinin əkinə cəlb edilməsinin, habelə sudan səmərəli istifadə olunmasının, yeni suvarma mənbələrinin yaradılmasının vacibliyini qeyd edib.
İcra başçısı fermerlərin qaldırdığı məsələləri, irəli sürdüyü təklifləri dinləyib, onların ümumiləşdirilərək aidiyyəti dövlət qurumları qaşısında məsələrin qaldırılacağını vurğulayıb.

Yerli fermerlər dövlət başçısının kənd təsərrüfatı ilə bağlı ölkə səviyyəsində qoyulan hədəflərə çatmaqdan ötrü bütün potensial imkanlarını səfərbər edəcəklərini, cənab Prezidentin çağırışına lənkəranlıların hər zaman olduğu kimi səs verəcəklərini bildiriblər.