"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

"Unikal" xəbər verir ki, klub "Benfika"dan Sidni Lopes Kabralı transfer edib. Bu barədə Qara dəniz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Trabzonspor" Kabo-Verde millisinin üzvü üçün Portuqaliya klubuna 7 milyon avro ödəyib. Sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kabral ötən mövsüm "Benfika"nın heyətində 12 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.