Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə operativ və obyektiv baxılması, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı tapşırıq və sərəncamlarına uyğun olaraq, yerlərdə vətəndaşların səyyar qəbulları davam etdirilir.

"Unikal" xəbər verir ki, bu məqsədlə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və ictimai fəallarla birlikdə Qurbanzadə kəndində səyyar qəbul keçirib.

Qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.