Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbullarını Ağgöl və Zəlimxan kənd sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbullarda rayonun hüquq-mühafizə strukturlarının, aidiyyəti təşkilatların nümayəndələri və yaşayış məntəqələrinin sakinləri iştirak ediblər.
Səyyar qəbullarda giriş nitqi söyləyən RİH başçısı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi ölkəmizin və xalqımızın xoşbəxt, firəvan gələcəyinin möhkəm zəmanətidir. Qeyd olunub ki, ölkəmizdə vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalı üzərindən də hər kəs yaşadığı ünvanı tərk etmədən müxtəlif məzmunlu müraciətlərini Ağstafa Rayon İcra Hakimiyyətinə ünvanlaya bilər.
Səyyar qəbullarda vətəndaşların qaldırdıqları məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib, eyni zamanda, yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
























.jpg)
























