Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrində fənn müəllimlərinin qəbuluna başlanılır.

Regional Təhsil İdarəsindən "Unikal"a verilən məlumata görə, həmin məktəblər aşağıdakılardır: 

Şəki şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbi

Balakən şəhər Zərifə Əliyeva adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi

Qax şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi

Zaqatala şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbi

 Qəbələ şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi

Adı çəkilən təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək. Odur ki, qeyd olunan təhsil müəssisələrində çalışmaq və gələcək uğurlu nəslin formalaşmasında rol oynamaq istəyən müəllimləri müsahibə üçün qeydiyyatdan keçməyə dəvət edirik.

Müsahibədə iştirak şərti:

MİQ, DQ və ya Sertifikatlaşdırma göstəricisi 85% və daha yüksək olan ali təhsilli müəllimlər.

Qeydiyyat üçün son tarix: 30 iyun

Qeydiyyat linki: https://forms.gle/HHKC6aE95iJSEGb86