Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin daha da dayanıqlı və güclü olması üçün addımlar atılmaqdadır. Məhz bu addımların nəticəsində Azərbaycanda QHT institutları ən yüksək səviyyədə formalaşıb və proses davam etdirilir. Elə prezident İlham Əliyevin son addımları da buna misaldır.
Belə ki, prezident İlham Əliyev "Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib, Nazirlər Kabinetinə məlumat verməlidir. Bununla yanaşı prezident İlham Əliyev "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Fərmanla müəyyən edilir ki, hüquqi şəxs statusuna malik olan, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar (fondlar, mərkəzlər və digər qurumlar) "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü hissəsinə əsasən fəaliyyət sahələrinə uyğun olaraq qrant verə bilərlər. Ekspertlər hesab edir ki, prezident tərəfindən verilən bu fərmanlar əsasən iki məqsədi güdür. Bir tərəfdən xarici qüvvələr bundan sonra artıq Azərbaycan QHT-lərini təsir dairəsinə sala bilməyəcəklər, digər tərəfdən isə QHT-lərin sərbəst fəaliyyətləri stimullaşacaq. Bunu da qeyd edək ki, hazırda dünyada bir çox bəlaların, dövlət çevrilişlərinin, vətəndaş cəmiyyətlərinin dağıdılmasını təmin edən elə xarici donor təşkilatlarıdır. Onlar orta hədli dövlətlərdə formalaşan QHT-lərə öncə maliyyə yardımları ayırır və daha sonra onları istədikləri siyasi proseslərə cəlb edirlər. Bununla bağlı araşdırmaçı Orxan Hun hətta bu təşkilatların bir qismi ilə bağlı maraqlı nüansları da açıqlayıb. Onun fikrincə bu təşkilatların içərisində ilk sırada duran Milli Demokratiya Fondudur. Göstərilir ki, fondun əsas məqsədi bütün dünya üzrə Demokratiya İnstitutlarını möhkəmlətməkdir. Lakin həqiqət başqadır. Belə ki, bu təşkilat1970-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yaradılıb.
MDF lap əvvəldən ABŞ-ın xarici siyasətini müəyyənləşdirən əsas vasitələrdən biri hesab olunub. Fondun əsasını Alen Vaynşteyn qoyub. Buna qədər Vaynşteyn Braun və Cortaun Universitetlərində professor idi. Alen həm də "The Washington Post" və "The Washington Quarterly" kimi mətbuat orqanlarındakı fəaliyyəti ilə tanınırdı. "The Washington Quarterly" jurnalı Corctaundakı Strateji və Beynəlxalq araşdırmalar mərkəzinin mətbu orqanı hesab olunurdu. Bu jurnal həm də İmperial Strateqlər Henri Kissincer və Zbiqnev Bjezinski kimi simalarla əməkdaşlıq etməsi ilə seçilir. 1991-ci ildə Vaynşteyn öz müsahibələrindən birində belə bir ifadə işlətmişdi: "Bizim bugünkü fəaliyyətimizin böyük əksəriyyəti 25 il bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən gizli şəkildə həyata keçirilirdi". Belə təşkilatlardan başqa birisi isə Qeyri-Hökumət Təşkilatının fəaliyyətini maliyyələşdirir, bu "Freedom House"dur.
Bu təşkilatdan Corc Buş Administrasiyası öz dövründə təşkilatdan terrorizmə qarşı mübarizədə geniş istifadə edib. 2006-cı il martın 29-da Buş bəyan etdi ki, "Freedom House" 30 illik fəaliyyəti dövründə ən böyük uğurunu məhz 2005-ci ildə qazanıb. Keçmiş prezident təşkilatın beynəlxaq azadlıq naminə gördüyü işləri yüksək qiymətləndirərək bildirdi ki, hər bir insan və hər bir ölkə tam olaraq azadlığa qovuşmayınca Amerika sakitləşəsi deyil. Amerikanın bu işdə əsas məqsədi gələcək nəsillərin azadlıq və sülh içində yaşamasıdır.
Ardınca məlum oldu ki, "Freedom House" daha çox Buş administrasiyasını dəstəkləyir. Təbii ki, buna səbəb təşkilatın dövlət tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi idi. Yayılan məlumatlara görə, təşkilatın gəlirlərinin 66 faizi birbaşa dövlətdən əldə olunurdu. Maliyyənin əsas mənbələri isə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, ABŞ Dövlət Departamenti və Milli Demokratiya Fondu idi. Bu yolla biz görürük ki, "Freedom House" təkcə siyasi baxımdan deyil, eyni zamanda maliyyə baxımından da ABŞ dövlətindən asılı idi.Daha sonra isə "Freedom House" ərəb ölkələrindəki fəaliyyəti ilə diqqət çəkib. Burada qurum bir sıra fərdi şəxslərin, eləcə də qrupların təlimində və maliyyələşdirilməsində yaxından iştirak edib. Misirdə aprelin 6-sı keçirilən gənclərin hərəkatı da "Freedom House" tərəfindən maliyyələşdirilib. Yəmənli gənc fəal Enstar Kadi də məhz bu qurumun yetirməsi hesab olunur. Bundan başqa, Bəhreyndə də "Freedom House" intensiv fəaliyyəti ilə seçilib.
MDF və "Freedom House" Amerika hökumətinin beynəlxalq siyasətdə əsas tərəfdaşları hesab olunsalar da ABŞ tərəfi bununla kifayətlənmir. Hökumətin ən stabil Qeyri-Hökumət Təşkilatlarından biri də "Beynəlxalq Amnistiya" təşkilatıdır.
İnsan hüquqlarının qorunması baxımından "Beynəlxalq Amnistiya" təşkilatı ABŞ-ın ən güclü dayaqlarından hesab olunur. 2012-ci ilin yanvar ayında Suzanna Nossel Təşkilat tərəfindən qurumun rəhbəri seçilib. Bu vəzifəyə gələnə qədər Nossel Amerika hökuməti ilə sıx fəaliyyətdə olub. Nossel ABŞ Dövlət Departamentinin beynəlxalq qurumlarla iş üzrə dövlət katibinin köməkçisinin müavini vəzifəsində çalışıb.
Nossel "Ağıllı güc" ifadəsinin yaradıcısı kimi tanınır. Bununla o, Amerikanın öz düzgün fəaliyyətini daha da genişləndirmək məqsədi ilə güclə olsa belə digər tərəfdaşları özünə cəlb etmək prosesini dəstəklədiyini bildirmək istəyib. Nossel əlavə edib ki, bu prosesi Amerika tərəfi təşkilatlar, beynəlxalq institutlar və diplomatiya yolu ilə gerçəkləşdirə bilər. "Ağıllı güc" ideyası bir vaxtlar Cozef Nay tərəfindən irəli sürülən "Yumşaq güc" ideyasının yenilənmiş versiyası idi. Nay belə düşünürdü ki, məqsədə çatmaq üçün digər tərəfləri cəlb etmə yolu ilə razılığa gətirmək lazımdır. Onun fikrincə, gücün tətbiqi, eləcə də maliyyə vasitələri ilə cəlb etmə güclü sütunlara dayanmır."Ağıllı güc" ideyasının əsas misalı kimi Liviya müharibəsində ABŞ-ın BMT-nin razılığı ilə əraziyə humanitar yardım məqsədi ilə soxulması oldu.
Nosselin təyinatına qədər sözügedən təşkilat Suriyaya qarşı informasiya müharibəsində yaxından iştirak edib. 2011-ci il sentyabrın 1-də Amerikada yayımlanan "Democrasy now" televiziya lahiyəsində "Beynəlxalq Amnistiya" təşkilatının nümayəndəsi Nil Semmonds belə bir fikir söyləmişdi: "Suriyada xalq etirazları zamanı həbsxanalarda ölüm halları baş verib. Biz Suriyada olmamışıq. Bizim təşkilata hadisələr zamanı orada olmağa icazə verilmədi. Lakin biz bunu çox istəyirdik. Bu səbəbdən də araşdırmalarımızı Londondan aparırdıq. Bəzi işlərimiz ABŞ-da görülürdü. Əsas mənbələr isə telekommunikasiya vasitəsi ilə əldə olunurdu. Zərərçəkmişlərin ailələri ilə danışıqlar aparırdıq. Mümkün digər vasitələrdən də istifadə edirdik". Beləliklə gördüyünüz kimi bu tip qurumlar hörümçək toru kimi qurulub və prezident İlham Əliyevin atdığı bu addım hörümçək torunu darmadağın edir.
Digər Xəbərlər
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58