Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Berkaber və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı və Bala Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.