Tatarstanda TIR sürücüsü özünə qeyri-adı toy edib. 
Unikal.org-un ANS PRESS-ə istinadla verdiyi məlumata görə, sürücü toy karvanına üç dənə TIR daxil edib.

Maraqlı toy Tatarıstanın Aktanışski rayonunda təşkil edilib. TIR sürücüsü İlnar Mannonov gəlin Aliyə Mannonovu şadlıq evinə yük maşınında aparıb.

Bəylə gəlin toya "Vespa" ilə gəldi
Toy mərasimi ötən il avqustun 28-də baş tutsa da toy karvanının videosu iyulun 1-də ortaya çıxıb.

Ağır tonnajı avtomobillərin üzəri güllərlə və digər bəzək əşyaları ilə bəzədilib. Yük maşınlarından ibarət toy karvanı sakinlərin marağına səbəb olub.

Belə toy karvanlarına bir neçə dəfə Azərbaycanda da rast gəlinib. Bir müddət əvvəl Sumqayıt şəhərində 4 traktordan ibarət toy karvanı yaradılmışdı. Traktorlar xüsusi bəzənilmiş formada toy karvanına qoşulub.